Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz təranələri”

15.03.2018

2018 ci-il 15 mart tarixində Şorsu kənd folklor klubu, Şorsu kənd tam orta məktəblə  birlikdə “Novruz təranələri” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şuayeva Şərəf müəllimə açıq elan etdi və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Sonra  təbrik üçün söz Şorsu folklor klubunun müdiri Məmmədov Raqif məllimə verildi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub. Azərbaycan xalqının milli ruhunu, yaddaşını onun daxili aləminin bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasını, yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş insanlara aydın və işıqlı sabaha xoşbəxt gələcəyə inam duygusu bəxş etmişdir. Sonra söz musiqiyə verildi. “Salavat” ansanblın ifasında mahnılar səsləndi. “Abay” rəqs kollektivi gözəl rəqs nümunəsi ilə çıxış etmişdir. Sonda məktəblilərin ifasında  Novruz bayramına aid şeirlər səsləndirildi.