19.03.2018
Oğuz rayon M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin həyətində 19 mart 2018-ci il UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmuş Novruz bayramı münasibətilə genişmiqyaslı rayon tədbiri kecirilmişdir. Tədbiri təbrik sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq xalqı təbrik etdi və bayram tonqalını alovlandırdı. 2saatdan artıq davam edən tədbir Kosa və Keçəlin maraqlı oyunları, yumurta döyüşü, qol güləşi və bədii özfəaliyyət kollektivlərinin bayram konserti ilə davam etdi.