19.03.2018
19 mart 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən İbrahimkənd diyarşünaslıq klubu “Xoş gəldin Novruz” adlı konsert proqramı ilə çıxış etmişdir.
Xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz - baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub.
Qeyd etmək lazımdır ki, İbrahimkənd diyarşünaslıq klubu bu ən-ənələri davam etdirmək məqsədi ilə maraqlı konsert proqramı ilə çıxış etmişdir. Tədbirdə klub işçiləri və məktəbin şagird kollektivi iştirak etmişdirlər.
Novruz bayramının personajları olan Kosa və Keçəlin oyunu tədbiri daha da şənləndirdi.
Tədbirdə məktəbin şagirdlərinin ifasında Novruza aid şeirlər, mahnılar və səhnəciklərlə nümayiş etdirilmişdir.