19.03.2018
19 mart 2018-ci il tarixdə Cəyirli kənd folklor klubunun, MKS-nin 33 saylı kitabxana filialının, Cəyirli kənd bələdiyyəsinin və Cəyirli kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruzum yazım mənim, sədəfli sazım mənim” mövzusunda teatrlaşdırılmış bayram şənliyi keçirilmişdir. Şənlikdə mədəniyyət işçiləri, şairlər, ziyalılar, kənd ağsaqqalları, veteranlar, şəhid ailələri, kənd camaatı və qardaş Türkiyə ölkəsindən qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözüylə açan Cəyirli kənd tam orta məktəbinin direktoru Altay Rzayev şənlik iştirkçılarını bayram münasibəti ilə təbrik etdi. Sonra çıxış edən ziyalılar da öz ürək sözlərini və arzularını bildirdilər. Musiqinin müşayiəti ilə və alqışlarla Bahar Qızı səhnəyə daxil olur. Şənliyin atributlarından olan Kosa və Keçəlin məzəli, duzlu çıxışları şənlik iştirakçılarında xoş əhval-ruhiyyə oyatdı.
Türkiyəli qonağımız Məhərrəm Özgür və şair Mürsəl Qorxmaz da bahar bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi və xoş arzularını bildirdilər.
Tədbirdə saz ifaçılarının çıxışları alqışlarla qarşılandı, məktəblilərin ifasında şeirlər və mahnılar səsləndi. Şənlik musiqi sədaları altında başa çatdı.