Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mən vətənə bir əsgərəm

16.03.2018

Novruz bayramı ilə əlaqədar 16 mart 2018-ci il tarixdə Oğuz rayonunda yerləşən N saylı hərbi hissəsində "Mən vətənə bir əsgərəm" baslıqlı bayram konserti keçirildi. Konserti Xalxal, Ərmənət, Padar, Yemişənli, Böyük Söyüdlü kəndlərinin klub və kitabxana mudirləri təşkil etmişdilər. Tədbirdə məktəb sagirdləri, N saylı hərbi hissənin əsgərlər və zabitləri istirak edirdilər. Əvvəlcə Padar kəndinin klub müdiri Kərimova Məşuqə iştirakçiları salamlayaraq əsgərləri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Sonra Padar kənd klubunun mədəni-kütləvi təşkilatçısı G.Hüseynova "Anam Vətən" mahnısını oxudu. Tədbirdə bütün istirakçılar fəallıq göstərdilər. Əsgərlərə bayram sirniyyatları paylandı. Məktəblilər seirlər səsləndirdilər və əsgərlərlə rəqs etdilər. Sonda hərbi hissənin komandiri bu konsertin təşkili üçün hər kəsə təşəkkürünü bildirdi.