Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunun mədəniyyət müəssisələrində koronavirus əleyhinə tədbirlər davam edir

22.07.2020

Zaqatala rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində işlər davam edir.

Bu məqsədlə rayonunun mədəniyyət müəssisələrində (COVİD-19) əleyhinə yenidən sanitar-dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış qurumlar tərəfindən yerinə yetirilib. Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək, sosial məsafə saxlamaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunub.