21.07.2020
Oğuz rayonu Yemişənli kənd kitabxana filialının müdiri Rəqsanə Tahirovanın təşkilatçılığı ilə kəndin yaşlı sakini Qələm Səfərova səyyar kitabxana xidməti göstərmişdir.
Səyyar kitabxana xidməti zamanı N.Nərimanovun 150-illik yubileyi ilə əlaqədar olaraq, realist yazıçının əsərlərinə daha cox yer verilib və Nərimanov yaradıcılığına oxucular tərəfindən böyük yer ayrıldığı, eyni zamanda maraqla oxunduğu bildirilib.
Xidmətdən yararlanan kənd sakini kitaba olan maraq və həvəsini qeyd edərək, kitabxanaçılara öz təşəkkürünü ünvanlayıb.