21.07.2020
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialının kitabxanaçısı Samirə Məmmədovanın təşkilatçılığı ilə torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuş əsgərlərimizə həsr olunmuş "Vətən Çağırır Məni..." adlı açıq kitabxana günü təşkil olunub.
Tədbir zamanı kitabxananın həyətində qəhrəmanlığa və vətənpərvər mövzulara həsr edilmiş kitablar sərgilənib.