Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz gəlir, yaz gəlir”

16.03.2018

16 mart 2018-cı il tarixində Ü.Hacıbəyov adına folklor evi S.Mümtaz adına 13 saylı kitabxana filialı ilə birlikdə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” mövzusunda musiqili ədəbi-bədii gecə keçirmişdir. Tədbirdə müəllimələr, şagirdlər, valideyinlər, kiçik yaşlı baxça uşaqları və yaxın ərazidə yaşayan şəhər sakinləri iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə 12 saylı orta məktəbin müəlliməsi İlhamə Abdulkərimova açaraq tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib can sağlığı və xöşbəxtlik, ruzi bərəkət və bol-bol sevinc dilədi.  

Tonqal ətrafında məktəbin şagirdləri Nihat Nəcəfov, Fəqan Abdullayev, Türkan Qasımova, Kəmalə Məsimova, Aygün Soltanova və.s rəqs  etdilər, şeir söylədilər. Ləman Məmmədli gözəl hind rəqsini ifa etdi. Kosa və Keçəl öz məzəli söhbətləri ilə bayram şənliyini daha da maraqlı etdi. Tədbirin sonunda məktəbin müəlliməsi Günel xanım iştirakçılara öz minnətdarlığını bildirdi və qeyd etdi ki, çiçəklənən Azərbaycanımıza ilk bahar öz mübarək qədəmləri ilə xalqımıza  xöşbəxtlik ,əmin-amanlıq, sülh və azadlıq gətirsin.

Tədbir “Novruz gəlir, yaz gəlir” adlı mahnı sədaları altında başa çatdı.