Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Şərif kənd Sənətkarlıq klubu yardım aksiyasında

18.07.2020

Balakən rayon Şərif kənd Sənətkarlıq klubunun müdiri Tamara Atayeva “#aztəminatlıailələrədəstəkolaq” aksiyası çərçivəsində sosial yardıma ehtiyacı olan kənd sakini, 68 yaşlı Osmanova Sevil Mahama qızına baş çəkib, ona kollektiv adından maddi yardım olaraq ərzaq və gigiyenik vasitələr çatdırıb.

Ərzaq yardımı alan vətəndaş xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirib.