18.07.2020
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Sincan kənd kitabxanasının təşkilatçılığı ilə Sincan kənd Həkim məntəqəsində açıq kitabxana günü keçirilib.
Açıq kitabxana günündə Sincan kənd kitabxanasının müdiri R.Əzizova, Sincan kənd Folklor klubunun mədəni kütləvi təşkilatçısı D.Əzizov, Sincan kənd Həkim məntəqəsinin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Həkim məntəqəsinin həyətində bütün yaş qruplarını maraqlandıra biləcək ədəbiyyatlar sərgilənib.
Tibb işçiləri və sakinlər bu xidmətdən məmnun olduqlarını bildiriblər.