Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunun mədəniyyət müəssisələrində koronavirus əleyhinə tədbirlər gücləndirilir

18.07.2020

Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə mədəniyyət müəssisələrində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində işlər davam edir.

Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin Qax rayon təşkilatınin rəhbəri  Abdul Mustafazadə tərəfindən kitabxana, klub və muzey işçilərinə 450 ədəd maska və 9 ədəd 1 litrlik spirt alınaraq vermişdir.

Qax rayonunun 1 nömrəli Şəhər mədəniyyət, Zərnə kənd, Almalı kənd mədəniyyət evlərində və İbaxlı kənd klubunda koronavirus (COVİD-19) əleyhinə yenidən sanitar-dezinfeksiya işləri aparılmışdır.

Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək, sosial məsafə saxlamaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.