17.07.2020
Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyidə “Muzey sərvətləri xalqımızın tarixidir” adlı videokonfrans keçirilib. Videokonfransda rayonun muzey müəssisələrinin rəhbərləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu gün muzeylərimiz zəngin sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi bir şəbəkəyə malikdir.
Qeyd olunub ki, “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”, – deyən ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bu sahədə qanunvericilik bazası yaradılmışdır. Bu dövrdə “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, muzeylərə dövlət qayğısı və nəzarəti artırılmışdır.