17.07.2020
Oğuz rayon MKS-nin Muxas kənd kitabxanasında böyük ədib, yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar “Mütaliə həftəsi” keçirilib. Tədbirdə kitabxanaçı Qətibə İdrisova yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra gənc oxucular yazıçının hekayələrindən danışıblar. Daha sonra oxunan hər bir hekayə üzrə təhlillər aparılıb.