17.07.2020
Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyinin könüllüləri “#aztəminatlıailələrədəstəkolaq” aksiyası çərçivəsində sosial yardıma ehtiyacı olan Oğuz sakini Bahar Kərimovanın ailəsinə baş çəkib, onlara kollektiv adından maddi yardım olaraq ərzaq və gigiyenik vasitələr çatdırıblar.
Ərzaq yardımı alan vətəndaş xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirib.