Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda “Qarabağ müharibəsinin qəhrəman qadınları” adlı videokonfrans keçirilib

16.07.2020

Qaxda rayon MKS təşkilatçılığı ilə “Qarabağ müharibəsinin qəhrəman qadınları” adlı videokonfrans keçirilib. Konfransda Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi, baş məsləhətçi Dilarə Əzizova, Ağçay kənd kitabxanasının əməkdaşı Sevinc Abakarova, şəhər 2 nömrəli kitabxana filialının müdiri Leyla Yusifli, Aygün Rəhimli, İ.Dağıstanlı Xatirə Muzeyinin əməkdaşları Həlimə Muxtarova və Sevinc Əfəndiyeva, S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, H.Əliyev Mərkəzinin əməkdaşları Aygün Sayadlı və Arzu Dunusova, Tarıx Diyarşünaslıq Muzeyinin əməkdaşı Nərgiz Muradova iştirak ediblər.

Konfransı Qax rayon MKS nin direktoru Güllü Əhmədova açaraq, iyulun 12, 13-dən 14-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdularını, itkilərin olduğunu, ğörülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirildiyini və onların itki verərək geri otuzdurulduğunu bildirib.

Sonra MKS-nin direktor müavini A. Əfəndiyevanın qəhrəman qaınlarımıza həsr olunmuş məruzəsi təqdim edilib. Məruzədə Şuşa və Şuşaətrafı döyüşlərdə vuruşmuş müstəqil Azərbaycanın ilk qadın nişançısı Növrəstə Yusifovanın, 18 yaşında qadınların müharibədə iştirakına qadağa qoyulduğu üçün saçlarını kəsərək 1991-ci ildə Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edən və hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasedicisi Kəmalə Qəhrəmanovanın, müharibənin od-alovundan keçmiş kəşfiyyatçı qadın Gülarə Musayevanın, qadın nişançı Şükufə Musayevanın, Qarabağ müharibəsi veteranı İradə Abbasın, Şuşa özünümüdafiə batalyonunun Kərkicahan rotasında kəşfiyyatçı olmuş Xanımzər Həsənovanın, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Aliyə Piriyevanın, əlinə silah almasa da, yaralılara tibbi yardım göstərən Sevda Səfərovanın xidmətləri haqqında məlumat verilmişdir.

Sonra vətənpərvərlik mövzusunda diskussiya aparılıb.