16.07.2020
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində, mərkəzin direktoru Aqaəli Cəlilovun təşkilatçılığı ilə klub müəssisələri üçün ZOOM proqramı vasitəsilə videokonfrans təşkil olunub.
Videokonfransda klub müəssiələrinin rəhbərləri iştirak ediblər. İlk öncə A.Cəlilov çıxış edərək, son günlər Tovuzun Dondarquşçu və Ağdam kəndləri ətrafında erməni seperatçılarının ordumuza və mülki əhaliyə qarşı törətdiyi cinayətə etiraz əlaməti olaraq münasibət bildib.
Sonra müəssisə rəhbərləri çıxışlara qoşularaq, Şəhidlərimizə rəhmət diləyib və lazım gələrsə Vətənimizin qorunması naminə səfərbər olmağa hazır olduqlarını bildiriblər.
Daha sonra cari məsələlər müzakirə olunub.