16.03.2018
16 mart 2018-ci il tarixdə Şəki şəhər N.Bədəlov adına folklor evində Novruz bayramına həsr olunmuş “Bahar ətirli günlər” adlı bayram şənliyi keçirilmişdir. Tədbirdə qonaqlar,müəllimlər,şagirdlər , valideynlər və folklor evinin işçiləri iştirak etmişlər.
Tədbiri 21 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Məmmədova Rəksanə
xanım açmışdır: Xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Hər il olduğu kimi, bu il də Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunur.
Novruz bayramının personajları olan Kosa və Keçəlin oyunu tədbiri daha da şənləndirdi.
Tədbir məktəbin şagirdlərinin ifasında Novruza aid şeirlər, mahnılar və səhnəciklərlə davam etdi.
Tədbirin sonunda 21 saylı tam orta məktəbin direktoru Eldəniz Sadıqov folklor evinin işçilərinə öz təşəkkürünü bildirdi.