Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi ermənilərin son təxribatlarını qətiyyətlə pisləyir

16.07.2020

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranan gərginlik, bu təxribatların qarşısının alınması məqsədilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında dövlətimizin başçısının çıxışından irəli gələn vəzifələr Şəki Regional Mədəniyyət İdarəsində keçirilən onlayn videokonfransın əsas müzakirə mövzusu olub.

Videokonfransı Regional İdarənin rəisi Mirvari Zeynalova açaraq, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin artmasının ermənilərin növbəti təxribatı olduğunu bildirib. Vurğulanıb ki, baş verən hadisələr bir daha təsdiq edir ki, Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə xidmət edir.

Ermənilərin təxribatları nəticəsində qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransda çıxış edənlər son günlər ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatları qətiyyətlə pisləyib, işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə mənfur düşməndən azad olunacağına əminliyini ifadə ediblər.