11.07.2020
Oğuz rayon MKS-nin Sincan kənd kitabxanasında “Açıq kitabxana günü” keçirilib. Kitabxananın həyətində təşkil olunmuş sərgidə kitabxanaya daxil olan yeni ədəbiyyatlar, müasir gənclərimizin marağına səbəb ola biləcək kitablar, şəkilli, kiçik həcmli nağıllar, hekayələr və disklər nümayiş olunub. Eyni zamanda kitabxanaçılar tərəfindən sərgidə iştirak edən kənd sakinlərinə yaşlarına uyğun ədəbiyyatlar tövsiyə edilərək, kitabxana xidməti göstərilib.