Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz MKS-nin Filfilli kənd kitabxanasında səyyar xidmət təşkil olunub

10.07.2020

Oğuz MKS-nin Filfilli kənd kitabxanasının müdiri Tovuz Verdiyevanın təşkilatçılığı ilə kənddə yerləşən tibb məntəqəsinin əməkdaşlarına səyyar kitabxana xidməti göstərilib.

Xidmət zamanı səhiyyə işçilərinə Seyid Əzim Şirvaninin əsərlərindən ibarət və Sabir Əhmədovun 90 illik yubileyinə həsr olunmuş kitablar təqdim olunub.

Sonra kitabxana müdiri T. Verdiyeva və  fəal oxuculardan R.Kərimova kitablar haqqında məlumat veriblər. Səyyar xidmətdən yararlanan səhiyyə işçiləri M.Sərkərova, S.Əfəndiyeva və N.Feyzullayeva kitabxanaçılara təşəkkürlərini bildiriblər.