Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mədəniyyət Mərkəzində koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb

08.07.2020

Balakən rayon Mədəniyyət Mərkəzində koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yenidən sanitar-dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri müvafiq ixtisaslaşdırılmış qurumlardan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.

Eyni zamanda Mərkəzin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.