08.07.2020
Oğuz MKS-nin Baş Daşağıl kənd kitabxanasından kəndin tibb məntəqəsinin əməkdaşlarına səyyar kitabxana xidməti göstərilib.
Xidmət zamanı kitabxananın müdiri Aybəniz Abdullayeva gətirdikləri kitablar haqqında ətraflı məlumat verib. F.M.Dostoyevskinin əsərləri ilə bağlı verilən məlumat daha çox diqqət cəlb edib. Sonra tibb məntəqəsinin müdiri Pünhan Səmədova və tibb bacısı Müzüfə Yusifovaya oxumaq üçün kitablar təqdim olunub.
Səyyar xidmətdən yararlanan tibb işçiləri kitabxanaçılara təşəkkürlərini bildiriblər.