03.07.2020
İyulun 3-də Oğuz rayon MKS–də "Zoom" proqramı vasitəsilə növbəti onlayn seminar keçirilib.
Seminarda MKS-nin filialları və Mərkəzi kitabxanasının əməkdaşları iştirak ediblər. Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Qumru Malıyeva iyul ayında qeyd olunması nəzərdə tutulan əlamətdar və tarixi günlər haqqında ətraflı məlumat verib. Sonra Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Mehparə Bəkirova çıxış edərək, pandemiya ilə mübarizə şəraitində keçirilən tədbirlərdə mühüm məqamların diqqətdə saxlanmasının vacibliyini qeyd edib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.