30.06.2020
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin dirijoru və "Səbuhi" xalq çalğı alətləri ansamblının solisti, müğənni Zabil Məmmədov Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Mədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində növbəti onlayn solo konsertlə çıxış edib.
“FACEBOOK” sosial şəbəkəsi üzərindən iyunun 29-da yayımlanan konsertdə izləyicilərə xalq mahnıları və muğamlardan ibarət musiqi çələngi təqdim olunub.