30.06.2020
Balakən MKS-nin Katexzavod kənd kitabxanasının müdiri Təravət İsmayılova və kitabxanaçı Saniyət Mollaçiyevanın təşkilatçılığı ilə Katex kəndinin ərazisində yerləşən Balakən rayon Mərkəzi xəstəxanası və Katex kənd həkim məntəqəsinə səyyar kitabxana xidməti göstərilib. Xidmət zamanı kitabxana əməkdaşlarının təqdim etdikləri kitablarla tibb işçiləri tanış olub və seçdikləri ədəbiyyatları oxumaq üçün götürülər.
Tibb işçiləri səyyar xidmətdən razı qalıb və göstərilən xidmətə görə minnətdarlıqlarını bildiriblər. Tədbir zamanı tibbi işçisi Mehparə Şabanova koronovirus infeksiyası ilə əlaqədar kitabxana əməkdaşlarına geniş məlumat verib.