29.06.2020
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin “Səbuhi” xalq çalğı alətləri ansamblının solisti, müğənni Hakim Əkbərovun və M.K.Hacıoğlu adına sənətkarlıq evinin bədii rəhbəri Aytən Xəlilzadənin Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Musiqi və poeziya” adlı onlayn konserti təqdim olunub.
Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Mədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihəsi çərçivəsində reallaşan konsertdə bəstəkar və xalq mahnılarından ibarət ifalar və poeziya nümunələri səsləndirilib.