Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Kərimli kənd kitabxanası səyyar kitabxana xidməti göstərib

25.06.2020

Oğuz rayon Kərimli kənd kitabxanası Kərimli kənd tibb məntəqəsində tibb işçilərinə Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş səyyar kitabxana xidməti göstərib.

Səyyar xidmətdən 8 nəfər oxucu yararlanıb. Xidmət zamanı kənd kitabxanasının müdiri Fidurə Nəsibova dramaturq Əbdürrəhim bəy Haqverdiyev haqqında ətraflı məlumat verib. Onun əsərlərinin oxucular tərəfindən bu gündə sevilə-sevilə oxunduğunu qeyd edib. Kitabxanaçı Gülnarə Məmmədova da öz növbəsində tibb məntəqəsinin əməkdaşlarını dramaturqun əsərlərindən ibarət kitablarla tanış edib.

Xidmətdən yararlanan Gülbəniz Babayeva, Səbinə Məmmədova, Aygün Musayeva və digərləri kitabxanaçılara dərin təşəkkürlərini bildiriblər.