24.06.2020
Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Beynəlxalq Narkotiklərlə Mübarizə Günü”nə həsr olunmuş “Sağlam gələcək naminə” videokonfrans keçirilib.
Konfransa Mədəniyyət Mərkəzinin könüllü gəncləri ilə yanaşı Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın, kənd filiallarından Kortala kənd diyarşünaslıq evinin və Hənifə kənd sənətkarlıq klubunun gənc əməkdaşları da qoşulublar.
Müzakirələr zamanı Mədəniyyət Mərkəzinin metodisti S.Yusibova, 1 saylı şəhər Diyarşünaslıq klubunun müdiri T.Musayev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Ç.Bazarova və fəal gənc R.İbrahimov çıxış edərək, narkomaniyaya qarşı mübarizə tədbirlərində, gənclərin narkomanlığa qurşanması sahəsində təhsildən, ictimai həyatdan kənarlaşmalarına və sağlamlıqlarına zərbə vuran problemlərlə üzləşmələrindən danışıblar.