Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Bucaq kənd folklor klubunda yel çərşənbəsi münasibəti ilə konserti təşkil edilmişdir

13.03.2018

Oğuz rayon musiqi məktəbinin şagirdlərdən ibarət Azad Umarovun rəhbərlik etdiyi “Cücələrim” ansamblı 13 mart 2018-ci il tarixdə yel çərşənbəsi münasibəti ilə rayonun Bucaq kənd folklor klubunda Bucaq kənd orta məktəbinin müəllim və şagirdlərinə bayram konserti təşkil edilmişdir. Ansamblın konsermeystri  Kamran Qədirlidir.

Şagirlərdən Ayxan Həsənovun ifasinda Əli Səliminin “Sizə salam gətirmişəm”, Röyal Haşımovun qarmonda “Göstəpək”, Şahnaz Rzayevanın ifasında “Kölgəm qədər yaxınsan”, Şükürlü Elcanın skripkada papuri,  Aqşin Rzayevin qarmonda “Beşaçılan”, Rüqəyya  Adıyevanın ifasında “Yaşa mənim xalqım”, Salahov Eminin zurnada papuri, Sənubər Zamanlının ifasında “Bahar olsun”, Röyal Qurbanlının tarda "Ay qız”,  Kamran Qədirlinin tarda Ü.Hacıbəylinin “Fantaziya” mahnı, rəqs və əsərlər səsləndirilmişdir.