Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin müəssisələrində sanitar-dezinfeksiya tədbirləri davam etdirilir

24.06.2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində olan mədəniyyət müəssisələrində sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Şəki MKS-nin 5, 7, 11, 13, 14, 15 saylı kitabxana filiallarında və Uşaq şöbəsində dezinfeksiya işləri davam etdirilib.