23.06.2020
Şəki rayonunda karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilir.
Bu məqsədlə Şəki şəhər Mərkəzi Kitabxana Sisteminin 2 saylı kitabxana filialında koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təkrar sanitar-dezinfeksiya işləri aparılıb.
Eyni zamanda kitabxananın əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.