20.06.2020
Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində Koronavirus (COVİD-19) infeksiyası əleyhinə təkrar dezinfeksiya işləri həyata keçirilib.
Ölkə üzrə tətbiq olunan karantin qaydalarına uyğun olaraq, Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən bütün müəssisələrdə mədəni-kütləvi tədbirlər tam məhdudlaşdırılıb. Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.