Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Hənifə kənd diyarşünaslıq evində təkrar dezinfeksiya işləri aparılıb

20.06.2020

Balakən rayonunda karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilir.

Bu məqsədlə Balakən rayonu Hənifə kənd diyarşünaslıq evində koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təkrar sanitar-dezinfeksiya işləri aparılıb.

Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.