19.06.2020
Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli fərmanı ilə Azərbaycanda Milli İnsan Hüquqları Günü təsis edilib. Bu fərman qəbul edildikdən sonra, hər il 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bununla əlaqədar olaraq, Oğuz rayon Yaqublu kənd kitabxanasında “18 İyun-Azərbaycanda İnsan Hüquqları Günüdür” adlı dəyirmi masa təşkil olunub. Yaqublu kənd Folklor evi,Yaqublu kənd kitabxanası, Yenikənd və Zərrab kənd klubları əməkdaşlarının iştirak etdikləri tədbirdə milli hüquqlarımızın mahiyyəti, insan hüquqlarının təbliği ilə bağlı məruzə oxunub və məruzə ətrafında söhbətlər aparılıb.
Tədbir xüsusi karantin qaydalarının tələblərinə riayət etməklə həyata keçirilib.