19.06.2020
Zaqatala rayon Heydər Əliyev Mərkəzi gördüyü işlərdə fərqliliyə və gördüyü işlərin keyfiyyətinə xüsusi önəm verir. Bu məqsədlə gördülən işlərdə öz imzansını qoymaq və işlərin mənsubiyyətini bildirmək üçün Mərkəzin loqosu hazırlanıb. Loqoda simvolik ağac, günəş və Zaqatala rayonun adı öz əksini tapır. Burda təsvir olunan ağacın dərin kökləri və çoxşaxəli budaqları - xalqımızın tarixi köklərə sahib olduğunu, bu tarixi köklərə sahib xalqın böyüyərək dünyanın dörd bir yanına şaxələndiyini göstərir. Ağacın üzərində parlayan Günəş isə bu xalqın Heydər Əliyev kimi dahi simalar yetişdirdiyinin göstərir. Hansı ki, belə şəxsiyyətlər bu torpaqdan – Ana Vətəndən qidalanaraq yetişir və öz ömrünü xalqa bağışlayır. Torpaqdan qidalanan bu dərin köklərə malik ağac Vətənin bötövlüyünü sarsılmaz edir. Heydər Əliyev Azərbaycan xalqının üzərinə günəş kimi doğdu, xalqına azadlığı bəxş etdi. Bu Günəşin şəfəqlərindən xalqının bəhrələnməsi üçün şərait yaratdı. Loqonun üzərində Zaqatala rayonun adının əks olunması isə bu regionun hər zaman dövlətə və dövlətçiliyə bağlı olmasının, öz tarixi şəxsiyyətlərinə hörmət etməsinin göstəricisidir.