19.06.2020
Oğuz rayon Qarabulaq kənd kitabxanasının kitabxanaçısı Samirə Məmmədova Oğuz rayon Gigiena Epidemiologiya Mərkəzinin əməkdaşlarına səyyar kitabxana xidməti göstərib. Xidmət zamanı mərkəzin əməkdaşları Lalə Əhmədova, Aysu Umarlı, Süsən Əliyeva, Nailə Abdullayeva və Sitarə Həmzəyevaya həm Azərbaycan, həm də dünya ədəbiyyatından kitablar təqdim olunub. Xidmətdən yararlananlar kitabxanaçılardan razı qaldıqlarını bildiriblər.