17.06.2020
“#Mədəniyyətimiziyaşadaq”, “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində və 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının təqdimatında İsi Məlikzadənin qələmə aldığı ”Hərənin öz ulduzu” 2 hissəli komediyası oynanılıb.
Teatrsevərlərə onlayn olaraq çatdırılan tamaşada aktyorlardan Jalə Abdullayeva, Natiq Məmmədov, Günel Vahabova, Şahmar Əsədov, Cavidan Əlizadə, Aqaəli Cəlilov və Aytən Xəlilzadə iştirak ediblər. Rejissorlar Аqаəli Cəlilov və İdris İdrisov Regional İdarəyə verdikləri məlumatda tamaşanın uğurlu alındığını və izləyicilər tərəfindən alqışlandığını bldiriblər.