Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Muxas kənd kitabxanasında səyyar xidmət göstərilib

17.06.2020

Oğuz rayon Muxas kənd kitabxanasının təşkilatçılığı ilə  kəndin ahıl yaşlı sakini, kitabxananın fəal oxucusu Cəmilə Hacıbalayevaya səyyar kitabxana xidməti göstərilib. Xidmət zamanı ona dünya klassiklərindən və Azərbaycan bədii ədəbiyyatından kitablar təqdim olunub. Cəmilə nənə kitabxanaçılara sonsuz təşəkkürünü bildirib.