14.06.2020
15 iyun Milli Qurtuluş Günü münasibətilə Qax rayonunda mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans keçirilib.
Videokonfransda Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova, Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Ağçay kitabxanasının kitabxanacisi Sevinc Abakarova, İsmayıl Dağıstanlının Xatirə Muzeyinin fond müdiri Həlimə Muxtarova çıxış ediblər. Çıxışlarda Milli Qurtuluş Gününün əhəmiyyətindən, bu günün müstəqilliyimizin inkişafındakı rolundan danışıblar.