Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon MKS-də “Heydər Əliyev və Azərbaycan” adlı videokonfrans keçirilib

14.06.2020

Balakən rayon MKS-in Mərkəzi kitabxanasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” adlı videokonfrans keçirilib. Tədbirdə kitabxananın fəal oxucuları, filial müdirləri və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

“Heydər Əliyev və Azərbaycan” mövzusu ətrafında çıxış edən Balakən rayon Mərkəzi kitabxanasının Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mehriban Cuxova 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, XX əsr Azərbaycanın ictimai- iqtisadi, siyasi və mədəni inkişafı tarixində ən yüksək mərhələdir. Bu əsrdə Azərbaycan üç ictimai- siyasi quruluşdan keçmişdir. Çar mütləqiyyəti quruluşu, Müstəqil Azərbaycan xalq Cümhuriyyəti, Sovet Kommunist rejimi və nəhayət, XX əsrin sonunda yenidən müstəqil demokratik quruluş. M.Cuxova qeyd edib ki, bu dövr Azərbaycan tarixində xüsusi yer tutur. Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühim bir keyfiyyət ondan ibarətdir ki, o, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş və hər bir dövrün ictimai- siyasi tələblərinə uyğun olaraq özünün bütün fəailliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi- mədəni inkişafına həsr etmişdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.