14.06.2020
Balakən rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilib. Onlayn formatda keçirilən tədbiri Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə baş msləhətçisi Şəfəq Hacıyeva açaraq, iştirakçıları 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Ş.Hacıyeva qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Ümummilli Lider Heydər Əliyevin xidmətlərini qeyd edən Ş. Hacıyeva Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayaraq, həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, MİHİ Balakən rayon komitəsinin sədri, Mədəniyyət Mərkəzinin metodisti Sevda Yusibova, Balakən Mərkəzi Kitabxananın Kompleksləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Mehriban Çuxova, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, 1 Saylı şəhər Sənətkarlıq klubunun müdiri Turan Musayev çıxış ediblər. Çıxışçılarda Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, mədəniyyətin inkişafı istiqamətində apardığı çoxşaxəli fəaliyyətindən bəhs olunub.
Sonra İtitala Folklor evinin müdiri Qürbət Muradov və Hənifə Diyarşünaslıq evinin metodisti Kəmalə Qurbanovanın ifasında Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.