Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər MKS-də “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turunun ikinci mərhələsi keçirildi

16.02.2018

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin keçirilməsi ilə bağlı tapşırığına əsasən 9 fevral 2018-ci il tarixdə Şəki şəhər mərkəzi kitabxanada keçirilmiş müsabiqənin I turunda 23 nəfər məktəblidən qalib olmuş 7 nəfəri - Rəcəbli Duyğu, Məmmədova Aysun, Lətifov Abdulqadir, Məmmədzadə Nəzrin, Bəşarətzadə Şəhla, Əhmədov Pərvin, Abdullazadə Təbəssüm münsiflər heyəti tərəfindən nöbəti I turun ikinci mərhələsinə keçmişdir. Münsiflər heyətinin gəldiyi nəticəyə görə yaxşı çıxış etmiş həmin iştirakçılar arasında yenidən16 fevral 2018-ci il tarixdə seçim aparıldı. İştirakçılar bir-birindən gözəl çıxışları ilə münsiflər heyətinin seçimini çətinləşdirdilər. Lakin 5 ballıq şkala ilə qiymətləndirilən iştirakçılardan I yerin qalibi  25 balla Rəcəbli Duyğu Ramin qızı oldu.

Digər iştirakçılar MKS-nin direktoru tərəfindən Fəxri Fərman və kitab ilə mükafatlandırıldılar.