12.06.2020
“Mədəniyyət qalası” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin yeni sayında oxuculara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97–ci ildönümü, 28 May Respublika Günü, “Vətənin daşını ürəyində daşıyan Vətəndaş, “Biz birlikdə güçlüyük”, “Şəki Regional Mədəniyyət İdarəsi xüsusi karantin dövründə”, “Milli Mədəniyyətimiz yeni inkişaf mərhələsində, Faşizm üzərində Böyük Qələbənin 75 illiyinə həsr olunmuş “Babalarımızın rəşadət yolu” kimi və regionun mədəni həyatını əks etdirən digər xəbərlər təqdim olunub. Qəzetlə onlayn tanış olmaq üçün www.sheki.mctgov.az ünvanına keçmək təklif olunur.