10.06.2020
15 İyun “Qurtuluş Günü” münasibətilə bir qrup gənc Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət edib. Mərkəzin bələdçisi tərəfindən muzey hissəsi ekskursiya olunduqdan sonra Mərkəzin fond mühafizi tərəfindən məruzə oxunuşu təşkil olumuşdur. Məruzədə gənclərə Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmasından və inkişafın təməlini qoymasından bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.