05.06.2020
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasının əməkdaşı Taliyə Xəlilovanın təşkilatçılığı ilə 2020-ci ilin iş planına uyğun olaraq, uşaq və gənclərdə doğma təbiətə, bitkilər aləminə məhəbbət və qayğı hisləri aşılamaq məqsədilə "Təbiəti sevək və qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə Çinarə və Ülkər İbrahimova bacıları hazırladıqları herbari nümunələrini nümayiş etdiriblər.