Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ömrümüzün bəzəyi ana”

07.03.2018

07 mart 2018 ci il tarixində El otel turizim və istirahət obyektində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Ömrümüzün bəzəyi ana” adlı bayram şənliyi təşkil olunmuşdur. Aparıcılar tədbir iştirakçılarını salamlayıb qadınları bu bayram münasibətilə təbrik edikdən sonra təbrik üçün söz  İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə verildi. Musa Şəkiliyev  qadınları bayram münasibəti ilə ürəkdən təbrik etdi və içtimai işlərdə fərqlənən qadınları Diplom və Fəxri Fərmanlarla təltif etdi.

Rəsmi hissədən sonra tədbirin bədii hissəsində sevilən müğənnilər Lalə İlyasova,  Əfrayim Yahyayev və Aluda Muradaşvilinin ifasında musiqilər, mahnılar səsləndirildi, Samirə Qazaxovanın ifasında “Uzun dərə” və “Qaval”la rəqs, Qax İncəsənət məktəbinin şagirdi Hacızadə  Aydanın ifasında isə hind rəqsləri bir-birini əvəz etdi. Tədbirin sonunda tədbir iştirakçıları da rəqs etdilər.