Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Uşaqlar bizim gələcəyimizdir” adlı aksiya həyata keçirilib

02.06.2020

1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Uşaqların problemlərinin həlli istiqamətində ölkəmizdə müxtəlif layihələr həyata keçirilir.

Bu münasibətlə Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı aksiya həyata keçirilib. Aksiya zamanı Mərkəzin əməkdaşları  tərəfindən rayonun mədəniyyət və istirahət parkında klounun iştirakı ilə azyaşlı sakinlərə hədiyyələr paylanılıb. Daha sonra əməkdaşlardan ibarət kiçik qrup azyaşlı uşaqları olan aztəminatlı ailələrin qonağı olaraq, onları bayram sovqatı ilə sevindiriblər.