28.05.2020
28 may tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə 28 may-Respublika Günü ilə əlaqədar "Şərqin ilk demokratik Respublikası" adlı videkonfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətini və əldə etdiyi uğurları özündə əks etdirən çıxışlar olmuşdur.
“Azərbaycan Xalq Cumhuriyyəti və Heydər Əliyev" mövzusu ətrafında çıxış edən Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva 28 May Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətlik fəaliyyəti ərzində böyük uğurlar qazanmış və cəmi 23 ay yaşamasına baxmayaraq sübut etmişdir ki, ən qəddar müstəmləkə və represiya rejimləri belə Azərbaycan xalqının müstəqillik və azadlıq istəyinin qarşısını ala bilməz. L.Balayeva qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyəti dövrünü yüksək qiymətləndirməklə yanaşı çağdaş Azərbaycan tarixçilərindən həmin dövrün tarixi əsərlərdə olduğu kimi öz əksini tapmasını tələb etmişdir.