Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi kitabxanasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turun ikinci mərhələsi keçirilmişdir

09.03.2018

Balakən rayon Mərkəzi kitabxanasında 9  mart tarixində Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci il 19 yanvar tarixli 148/04 №-li məktubuna əsasən Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyi ilə əlaqədar uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turun ikinci mərhələsi keçirilmişdir. İkinci mərhələyə seçilmiş 12 nəfər uşaq və məktəblilərin ifasında Nəsimi yaradıcılığına dair nümunələr dinlənildi. Münsiflər heyətinin ümumi müşavirəsinin qərarı ilə İsayev Muradxan I yerə layiq görüldü və aprel ayında Şəki şəhərində region üzrə keçiriləcək müsabiqəyə onun göndərilməsi qərara alındı.  Bundan başqa iştirakçılardan Qurbanov Şamxal II yerə, Xoçberova Fəridə isə III yerə layiq görüldülər. Qalib gələn iştirakçılar  Fəxri Fərmanla mükafatlandırıldılar.